14 C
Baku
Monday, May 6, 2024

Almaniya XİN rəhbəri: “Ukraynadan taxılı tam çıxarmaq mümkün olmayacaq”

“Almaniya istisna etmir ki, Ukraynada olan bütün taxılı alternativ yollarla çıxarmaq mümkün olmayacaq. Bununla belə, rəsmi Berlin onun ən azı bir hissəsini çıxara bilər, bu, qlobal problemin həllinə kömək edəcək”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O bildirib ki, Rusiyanın dəniz limanlarını blokadada saxlaması səbəbindən Ukraynada qalan milyonlarla ton taxılın ixracı üçün Polşa və Rumıniyanın dəmir yollarını uyğunlaşdırmasını dəstəkləyir.

“Dəmir yolları modernləşdirilməlidir, bizə uyğun yük vaqonları lazımdır. Almaniya hökuməti digər tərəflərlə birlikdə bunun üzərində işləyir”, – nazir vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər