Almaniya keçən il Rusiyanın Münhendəki konsulluğunda diplomatik ad altında işləyən bir casusu ölkədən çıxarıb.
Bu barədə “Der Spiegel” məlumat yayıb.
Nəşr bildirib ki, akkreditə olunmuş diplomat Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti olub və yanvarın 27-də casusluq ittihamı ilə həbsi barədə qərar çıxarılan rusiyalı tədqiqatçı ilə əməkdaşlıq edən agent olub.
“Der Spiegel” qeyd edib ki, casus 2021-ci ilin yayında Auqsburq Universitetinin tədqiqatçısı Rusiya Xarici Kəşfiyyat Xidmətinə “Ariane” kosmik raketi haqqında məlumatı ötürməkdə şübhəli bilinən İlnur N.-nin həbsindən qısa müddət sonra ölkədən qovulub.
“Persona non grata” elan olunmuş zabit diplomatik toxunulmazlığa malik olduğu üçün istintaqa cəlb oluna bilməyib.
Xatırladaq ki, Berlin məhkəməsi 2019-cu ildə Berlin parkında çeçen dissidentin qətlini Rusiya dövlətinin sifariş verdiyini müəyyən etdikdən sonra Almaniya dekabrda iki rus diplomatını “persona non grata” elan etmişdi.
Qeyd edək ki, Rusiyanın Almaniyada 100-dən çox akkreditə olunmuş diplomatı var.