Almaniya Yaxın Şərqdəki münaqişə fonunda ÜDM-in artım proqnozunu iki dəfə azaldıb

Almaniya 2026-cı il üzrə ÜDM-in artım proqnozunu İran ətrafındakı münaqişə və enerji qiymətlərinin artması fonunda 1%-dən 0,5%-ə endirməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Bildirilir ki, proqnozun pisləşməsi Avropanın ən böyük iqtisadiyyatını dördüncü il ardıcıl durğunluğa sala bilər. İqtisadçılar xəbərdarlıq edirlər ki, yüksək enerji xərcləri və davam edən qeyri-müəyyənlik fonunda 2026-cı il Almaniya iqtisadiyyatı üçün “itirilmiş il” ola bilər.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts münaqişənin nəticələrinin uzun müddət hiss olunacağını bildirmişdi. Almaniyanın əmək naziri Berbel Bas isə qeyd edib ki, istehlakçılar və müəssisələr üçün yanacaq üzrə vergi güzəştlərinin ümumi həcmi təxminən 1,6 milyard avro təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər