Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.
Bu barədə COP29-un “X” səhifəsində paylaşım edilib.
İmzalanma mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər.
Mərasimdən sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb.
Bildirilir ki, hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.