20 C
Baku
Wednesday, April 24, 2024

Almaniyada baş verən durğunluq səbəbindən vergi gəlirlərinin azalacağı proqnozlaşdırılır

Son illərdə vergi gəlirləri üzrə rekord nəticələrə nail olan Almaniyanın iqtisadi mühitdə baş verən durğunluq səbəbindən bu ildən başlayaraq vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalacağı bildirilib. Federal, əyalət və bələdiyyələr səviyyəsində vergi gəlirləri 2023-cü ilə qədər gözlənildiyindən az olacaq.

Federal Maliyyə Nazirliyinin büdcəsinə bu il 10 milyard arvo az vəsait daxil olacaq. Federal büdcənin vergi gəlirləri isə 2023-cü ilə qədər 70,6 milyard avro azalacaq. Ümumilikdə vergi gəlirlərinin dörd il ərzində 124,3 milyard avro azalacağını bildirən maliyyə naziri Olaf Şoltz təşvişə düşməməyə çağırıb: “Əgər biz bir-birimizə qarşı deyil, bir-birimizlə bərabər işləsək, bu çətinliyin öhdəsindən gələcəyik. Hər kəsdən bir qədər artıq səy göstərməsi tələb olunur”, – Almaniyanın maliyyə naziri deyib.

©Vergilər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər