25 C
Baku
Saturday, July 27, 2024

Almaniyada bu il istehsal həcmi azalacaq

Almaniya hökuməti 2024-cü il üçün artım proqnozunu aşağı salıb. Bu ölkənin Federal hökumətinin mətbuat katibi Şteffen Hebestrayt cari ildə istehsal həcminin cəmi 0.2 faiz olacağını bildirib. O əlavə edib ki, Almaniya iqtisadiyyatı hələ də çətin vəziyyətdədir.

Hələ ötən ilin payızında Almaniya hökuməti 1,3 faiz artım gözləyirdi.

Xatırladaq ki, Almaniya 2023-cü ili tənəzzül şəraitində başa vurub, ölkə iqtisadiyyatı 0,3 faiz daralıb və son məlumatlar 2024-cü ilin birinci rübündə daha bir daralmanın baş verəcəyini göstərir.

Sözçü əlavə edib ki, yüksək faiz dərəcələri, zəif tələb və “geosiyasi böhranlar”, o cümlədən Yaxın Şərq və Ukraynadakı münaqişələr Almaniyanın üzləşdiyi problemlərin yalnız bir neçəsidir.

Almaniyanın iqtisadiyyat naziri Robert Habek gələn həftənin əvvəlində son iqtisadi hesabatın təfərrüatlarını təqdim edəcək. Medianın məlumatına görə, bu, Almaniyanın 2028-ci ilə qədər cüzi artım riski ilə üzləşdiyini göstərəcək.

Son xəbərlər
Digər xəbərlər