Almaniyada doğum səviyyəsi 1997-ci ildən bəri ən aşağı göstəriciyə enib. Ümumi doğum əmsalı bir qadına 1,32 uşaq təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,7% azdır. Doğum göstəricilərində mənfi dinamika artıq dördüncü ildir ki, davam edir. Bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.
1990-cı illərin ortalarında bu göstərici daha da aşağı olub və bir qadına 1,24 uşaq təşkil edib. Həmin dövrdə doğulanlar bu gün potensial valideynlərin nisbətən kiçik nəslini təşkil edir ki, bu da hazırkı aşağı doğum səviyyəsini qismən izah edir.
2025-ci ildə Almaniyada 654 241 uşaq dünyaya gəlib.
Mütəxəssislər doğum səviyyəsində regional fərqlərin olduğunu da qeyd edirlər. Məsələn, ötən il bu göstərici Saksoniya əyalətində bir qadına 1,16 uşaqdan Aşağı Saksoniya əyalətində 1,38 uşağa qədər dəyişib.
ARD-nin məlumatına görə, Aşağı Saksoniya 2018-ci ildən bəri Almaniyada ən yüksək doğum səviyyəsinə malik federal torpaq hesab olunur. Lakin burada da doğum əmsalı son 16 ildə ilk dəfə olaraq 1,40 səviyyəsindən aşağı düşüb.







