Almaniyada məhkumların həbsdən qaçış planı hazırlaması və onu həyata keçirməsi həbsxana rəhbərliyi üçün arzuolunan olmasa da, qanunsuz hesab edilmir. Məhkum uğurlu qaçış planı həyata keçirməyə nail olduqda, lakin son nəticədə polis tərəfindən saxlandıqda yenidən həbsxanaya göndərilir. Lakin bu zaman məhkuma əvvəlcədən təyin edilmiş həbs müddəti uzadılmır və heç bir cərimə ödəməyə cəlb edilmir. Həbsxanadan qaçmağı bacarmış məhkum ələ keçirilənə qədər isə azadlıqda qalır.
Hökumətin sözügedən bu cəhətə belə “yumşaq” davranmasına səbəb odur ki, almanlar insanın azadlığa can atmasını onun insani instinkt olduğunu və bununla mübarizə aparmağın faydasız və mənasız olduğunu hesab etmələridir.
Azadlığa can atmaq – insanın çoxalmaq və özünü qorumaq kimi həyati instinktləridir və alman rəhbərliyinin bu cür addım atması başadüşüləndir.
Lakin bir faktı da qeyd edək ki, həbsdən qaçışa yardım etmək qadağandır və buna görə sizi 5 ilə qədər həbsdən məhrum edə bilərlər.








