Almaniyada aparılan yeni araşdırma hər 5 nəfərdən birinin ölkədən köçməyi düşündüyünü göstərib.
Almaniya İnteqrasiya və Köç Araşdırmaları Mərkəzinin (Dezim) 2024-2025-ci illər arasında 2 933 nəfər üzərində apardığı araşdırma, ölkədəki köç tendensiyasının artdığını ortaya qoyur.
Araşdırmanın nəticələrinə görə, Almaniya əhalisinin 21%-i ölkəni tərk etməyi düşünür. Bu, digər millətlərdən olan insanlar arasında daha yüksəkdir – 34%.
Almaniyadan köçməyi düşünənlərin əksəriyyəti daha yaxşı şərait axtarışında olduqlarını bildiriblər.
Həmçinin, fərqli milliyətli şəxslər arasında ayrı-seçkilik və diskriminasiyaya məruz qalma təcrübəsinin də bu qərarda mühüm rol oynadığı qeyd olunub.
Almaniyada köç və inteqrasiya məsələləri üzrə tədqiqatçı Fabio Best araşdırmanın nəticələrini şərh edərək, köç etmək istəyinin hələ də yüksək olduğunu bildirib.







