1 C
Baku
Saturday, December 14, 2024

Almaniyada hava limanının yerüstü heyəti tətil edib, reyslər ləğv olunub

Almaniyada hava limanının yerüstü xidmətlərinin işçilərinin tətili başlayıb.

Məlumata görə, “Lufthansa”nın əməkdaşları Frankfurt-Mayn, Münhen, Hamburq, Berlin və Düsseldorf hava limanlarında tətil keçirirlər.

Hava limanının çərşənbə günü planlaşdırılan bütün reyslərinin 80-90%-i ləğv edilib. Bu, təxminən 100 min sərnişinin planlarının pozulması deməkdir. Tətil bir gündən çox – cümə axşamı səhərə qədər davam edəcək.

Tətilin səbəbi uzun sürən tarif münaqişəsi olub. Verdi həmkarlar ittifaqı “Lufthansa”, “Lufthansa Technik” və “Lufthansa Cargo” ilə əmək müqaviləsi bağlayan 25 min yerüstü işçisi üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir. Verdi işçilərin maaşının 12,5% artırılmasını tələb edir.

Danışıqların növbəti raundu fevralın 12-də Frankfurt-Mayndə keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər