14 C
Baku
Saturday, November 23, 2024

Almaniyada illik inflyasiya tarixi maksimumu ötüb

Mart ayının nəticələrinə görə, Almaniyada inflyasiya illik ifadədə 7,3 faizə qədər sürətlənib, bir ay öncə bu göstərici 5,1 faiz təşkilı edirdi.

Bu barədə ölkənin Federal Statistika Bürosunun məlumatında deyilir. Bu, qurumun apardığı müşahidələr tarixində maksimum göstəricidir. Bundan öncə Almaniyada ən yüksək illik inflyasiya səviyyəsi 1992-ci ilin mart-may aylarında müşahidə olunmuşdu – 6,2 faiz.

İlkin qiymətləndirməyə uyqun olaraq, mart ayında Almaniyada istehlak qiymətləri 2,5 faiz artıb. Bununla yanaşı, ölkədə istehlak qiymətləri Avropa İttifaqının standartlarına uyğun olaraq (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) il ərzində 7,6 faizə qədər sürətlənib. Mart ayında qiymət artımının sürəti 2,5 faiz, öncəki ay isə 0,9 faiz olub.

Qeyd edək ki, Almaniyanın Federal Statistika Bürosu hər ay ölkədə inflyasiya ilə bağlı məlumatları və ardınca dəqiqləşdirmələri dərc edir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər