12 C
Baku
Saturday, November 23, 2024

Almaniyada inflyasiya 2.8%-dək sürətlənib

Almaniyada may ayında istehlak qiymətləri 2.8% artıb. Beləliklə, inflyasiya səviyyəsi aprel ayı ilə müqayisədə bir qədər sürətlənib (2.4%-dən) və “Reuters”in sorğusuna qatılan analitiklərin proqnozlarından bir qədər yüksək olub. Aprel ayı ilə müqayisədə qiymətlər 0.2% artıb.

“Destatis”in öz metodları ilə hesablanan inflyasiya 2.4% təşkil edib. Cümə günü bütövlükdə avro zonası üzrə inflyasiya məlumatları dərc edilməlidir.

Bir çox analitiklərin qeyd etdiyi kimi, may ayında inflyasiya templərinin müəyyən qədər sürətlənməsi gözlənilən idi – xüsusən, bu, 49 avroya olan vahid nəqliyyat biletinin tətbiqi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər