23 C
Baku
Monday, October 2, 2023

Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

İlkin hesablamalara görə, Almaniyada ötən ilin dekabr ayında illik inflyasiya bir ay əvvəlki 5,2%-dən 5,3%-ə yüksəlib.

Bu barədə ölkənin Federal Statistika Bürosu (Destatis) məlumat yayıb.

Beləliklə, illik inflyasiya 1992-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb ki, o zaman inflyasiyanın 5,8% təşkil edib. Dekabrda Almaniyada istehlak qiymətləri aylıq olaraq 0,3% artıb.

“DailyFx” portalının analitiklər arasında apardığı sorğuların nəticəsinə görə, illik inflyasiyanın 5,1%-dək azalacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Almaniyada Aİ standartlarına uyğun olaraq istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) illik ifadədə, ilkin hesablamalara görə, bir ay əvvəlki 6%-dən 5,7%-dək geriləyib və ay ərzində artım templəri noyabrda olduğu kimi – 0,3% səviyyəsində qalıb.

İllik göstərici proqnozlara uyğun olub, aylıq nisbət isə 0,2% səviyyəsində gözlənilirdi.

Qeyd edək ki, Destatis aylıq inflyasiya məlumatlarını sonrakı dəqiqləşdirmələrlə dərc edir.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər
X