8 C
Baku
Saturday, November 30, 2024

Almaniyada inflyasiya 6.8%-ə qədər sürətlənib

Almaniyada Avropa İttifaqı (Aİ) standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri iyun ayında illik ifadədə 6.8% artıb. Bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun hesabatında deyilir.

Belə ki, inflyasiya bir ay əvvəlki 6.3%-lə müqayisədə sürətlənib.

Yekun məlumatlar “Trading Economics” tərəfindən sorğu edilən ekspertlərin ilkin təxminlərinə və gözləntilərinə uyğun olub.

Əvvəlki ayla müqayisədə Almaniyada istehlak qiymətləri may ayında 0.2% azaldıqdan sonra iyunda 0.4% artıb.

Alman standartları ilə hesablanan inflyasiya may ayındaki 6.1%-dən ötən ay illik ifadədə 6.4%-ə qədər sürətlənib. Almaniyada enerji qiymətləri 3%, ərzaq məhsullarının qiyməti 13.7%, xidmətlər isə 5.3% bahalaşıb.

İstehlak qiymətləri may ayına nisbətən 0.3% artıb.

İyul ayı üçün Almaniyada inflyasiya dinamikası ilə bağlı ilkin məlumatlar iyulun 28-də dərc olunacaq.

Son xəbərlər
Digər xəbərlər