12 C
Baku
Sunday, October 27, 2024

Almaniyada inflyasiya fonunda dövlət qulluqçularının maaşı artırılır

Almaniya hakimiyyəti inflyasiya fonunda 2,5 milyondan çox məmurun maaşını artıracaq.

Bu barədə “Associated Press” məlumat yayıb.

Hökumət dövlət sektoru işçilərinin maaşlarının artırılması ilə bağlı həmkarlar ittifaqları ilə görüş keçirib və dövlət qulluqçularının iş şəraitini yaxşılaşdırmağa söz verib.

2023-cü ilin martından adi əməkhaqqı 200 avro, ondan sonra isə daha 5,5% artırılacaq.

Mart ayında Almaniyada illik inflyasiya 7,4%-ə çatıb.

Bu ilin əvvəlində Almaniyada dövlət qulluqçularının bir neçə irimiqyaslı tətilləri olub.

Son xəbərlər
Digər xəbərlər