3 C
Baku
Saturday, December 14, 2024

Almaniyada inflyasiyanın səviyyəsi yenidən artır

Almaniyada inflyasiyanın səviyyəsi yenidən artır.

İyulda istehlak qiymətləri ötən ilin müvafiq ayı ilə müqayisədə 2,3 faiz bahalaşıb. Bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.

Qeyri-sabit ərzaq və enerji qiymətlərini nəzərə almayan əsas inflyasiya iyul ayında 2,9 faiz təşkil edib. Bu, Avropa Mərkəzi Bankının 2 faizlik inflyasiya hədəfindən xeyli yüksəkdir.

İyulda inflyasiyanın əsas amilləri xidmətlərin bahalaşması olub. Onlar orta hesabla 3,9 faiz qalxıb. Ərzaq xərcləri 2023-cü ilin iyul ayı ilə müqayisədə orta hesabla 1,3 faiz bahadır.

Bu ölkədə gündəlik həyat əhəmiyyətli dərəcədə bahalaşıb. Almaniyanın Hans Böckler Fondunun Makro İqtisadiyyat və Biznes Dövrünü Araşdırma İnstitutu (IMK) hazırkı araşdırmada oxşar nəticələrə gəlib. Belə ki, federal hökumətin bir neçə yardım paketi təqdim etməsinə baxmayaraq, son illərdə orta gəlirli ailələrin alıcılıq qabiliyyəti aşağı düşüb. İnflyasiya maaş artımını üstələyir. Daha yüksək əməkhaqqıları daha yüksək vergilərə məruz qalır və bununla da alıcılıq qabiliyyəti azalır.

Bundesbankın proqnozlarına görə, yaxın bir neçə ayda inflyasiya azalmayacaq. Orta gəlirli ailələr üçün maliyyə perspektivi çox güman ki, qaranlıq qalacaq. Federal Maliyyə Nazirliyi sorğulara cavabında belə nəticəyə gəlir: “Orta gəlirli insanlara və ailələrə kömək etmək federal hökumətin xüsusi prioriteti olaraq qalır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər