4 C
Baku
Tuesday, December 24, 2024

Almaniyada işsizlərin sayı 2.8 milyon nəfərə çatıb

Almaniyada avqustda işsizlərin sayı iyul ayı ilə müqayisədə 63 min nəfər artaraq təxminən 2,8 milyon nəfər olub.

Bu barədə “Bild” nəşri Almaniya Federal Məşğulluq Agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin avqust ayı ilə müqayisədə bu rəqəm 176 min nəfər artıb.

“Əmək bazarı iqtisadi durğunluğun nəticələrini yaşamaqda davam edir. Yay ayları ərzində işsizlik və qeyri-məşğulluq artıb”, – Federal Məşğulluq Agentliyi qeyd edib.

Şirkətlərdə işçi qüvvəsinə tələbat da azalır. Avqustda 699 min açıq vakant yer qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 72 min azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər