16 C
Baku
Saturday, November 2, 2024

Almaniyada karantin rejimi yenidən uzadılıb

Almaniyada noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılıb.

Banker.az xəbər verir ki, bunu Almaniyanın baş naziri Angela Merkel deyib.

Belə ki, Merkel bildirib ki, “28 oktyabrda tətbiq olunan məhdudiyyətlər 20 dekabra qədər davam edəcək. Ancaq yoluxmanın çox olması səbəbindən yanvar ayının əvvəlinə qədər karantin rejiminin saxlanılmasının lazım olduğuna inanırıq”.

Almaniyada 20 dekabra qədər olan məhdudiyyətlər:

Teatr, opera, konsert salonları, İdman salonları, kinoteatrlar, əyləncə yerləri, hovuzlar bağlı olacaq.

Restoran, bar və publar bağlı qalacaq.

Futbol matçları tamaşaçısız oynanmağa davam edəcək.  Mağazalar 10 kvadrat metr üçün 1 nəfər üçün müştəri qəbul edə biləcək. 800 kvadratmetrdən böyük mağazalarda 20 kvadratmetr üçün müştəri qəbul ediləcək.

Universitetlər distant təhsil verəcək. Məktəblər və uşaq bağçaları açıq qalacaq, lakin yerli hakimiyyət orqanları çox sayda koronavirus yoluxması olan bölgələrdə əlavə tədbirlər görəcəklər. Sosial görüşlər iki fərqli ailədən ən çox 5 iştirakçı ilə məhdudlaşacaq. 14 yaşınadək uşaqlar bu qaydadan azad ediləcəklər. Milad tətilində və Yeni il ərəfəsində ailələrə başqa evlərdən 10 nəfərədək adam yığılmasına icazə veriləcəkdir. 10 yanvaradək vətəndaşlara xizək tətilinə çıxmamaları tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər