8 C
Baku
Sunday, November 17, 2024

Almaniyada koronavirusa görə iqtisadiyyatın bir çox sahələrində vəziyyət pisləşib

Almaniya Ticarət və Sənaye Palatasının (DIHK) Prezidenti Peter Adrian COVID-19-a yoluxma hallarının kəskin artması səbəbindən Almaniya iqtisadiyyatının bir çox sektorlarında vəziyyətin sürətlə pisləşəcəyi barədə xəbərdarlıq edib.

O, bu barədə DPA agentliyinə bildirib.

“Birjalardakı artım Almaniya iqtisadiyyatının böyük bir hissəsinin artıq yenidən çox acınacaqlı vəziyyətdə olması faktını gizlətməməlidir. Bir çox kiçik və orta bizneslər hazırda tənəzzüldədir. Milad yarmarkalarının ləğvi ilə bütün sahələr keçən il olduğu kimi, analoji ssenari yaşayır”, – P. Adrian bildirib.

Onun sözlərinə görə, şirkətlərin cari itkilərini yalnız dövlət dəstəyi sayəsində kompensasiya edə bilməsi nə təsəlli, nə də yardımdır. Buna baxmayaraq, Adrian qeyd edib ki, federal hakimiyyət orqanlarının pandemiya ilə əlaqədar şirkətlər və özəl sahibkarlar üçün dövlət dəstəyi proqramını martın sonuna qədər uzatmaq qərarı tamamilə düzgündür: “Lakin biznesdə olan hər kəs bilir ki, bu, uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi model deyil”, – DIHK rəhbəri qeyd edib.

Qeyd edək ki, 2020-ci ildə Almaniya iqtisadiyyatı iki lokdaunla üzləşib. Dövlət sahibkarlara dəstək üçün milyardlarla dollarlıq subsidiyalar ayırıb. Bu məqsədlə parlament büdcədən aldığından daha çox xərcləməyi qadağan edən borc əyləci adlanan qaydanı xüsusi olaraq ləğv edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər