9 C
Baku
Friday, December 13, 2024

Almaniyada MBA dərəcəsini kimlər və necə ala bilər?

Alman biznes məktəblərinə və MBA (Master of Business Administration)  proqramlarına, Financial Times və ya Forbes jurnalının tərtib etdiyi beynəlxalq reytinqlərdə nadir hallarda rast gəlmək olur. Təhsilinizi Avropa məkanında davam etdirmək istəyirsinizsə, Almaniyadakı biznes məktəblərə nəzər yetirməyiniz tövsiyə olunur.

Hal-hazırda, Almaniyanın biznes məktəbləri inkişaf mərhələsindədirlər, bunun əsas səbəbi isə son dövrlərə qədər ölkədə MBA təhsilinə tələbatın aşağı olmasından ibarətdir. Əgər 1990-cı ildə Almaniyada MBA proqramlarının sayı 10 idisə, indi bu rəqəm 300-ə yaxınlaşır. Ölkədə artıq 135 universitet biznes təhsili üzrə ixtisaslaşır.

Ümumilikdə bütün alman biznes məktəbləri 4 əsas kateqoriyaya bölünürlər:

  • Elmi-tədqiqat universitetləri (HHL Leipzig Graduate School of Management) – xaricilər üçün daha məqsədəuyğun hesab olunur, ən nüfuzlu biznes məktəblərdən biri sayılır, tədris ingilis dilindədir.
  • Tətbiqi elmlər universitetləri (Reutlingen University) – təcrübi biliklərə daha çox önəm verilir, tələbələr üçün müxtəlif təlimlər və təcrübə proqramları təşkil olunur.
  • Müstəqil biznes-məktəblər (European School of Management and Technology)
  • Biznes-kolleclər  (bir sıra biznes proqramları təklif edən kolleclər – FH Pforzheim и FH Reutlingen) – tədris alman dilindədir və 14-18 ay davam edir.

Klassik amerikan və ingilis MBA təhsilindən fərqli olaraq, Almaniya MBA-nın Executivepart-time variantına üstünlük verir. Orta hesabla burada MBA kursu 21 ay davam edir.

Məzmun baxımından MBA proqramına etika və sosioloji məsuliyyət, sonrakı dövrlərdə isə təcrübə daxildir.

Almaniyanın ən yaxşı biznes məktəbləri

2018-ci ildə the Financial Times jurnalı biznes sahəsində dünyanın ən yaxşı müəssisələrin reytinqini tərtib etmişdir. Bu reytinqə Almaniyanın 3 biznes-məktəbi daxil oldu: Mannheim Business School, ESMT Berlin və WHU Beisheim.

Almaniyanın digər biznes-məktəblərindən Leypsiq şəhərindəki HHL Leipzig Graduate School of Management, Belindəki European School of Management and Technology və Hannover şəhərindəki GISMA Business School kimi təhsil müəssisələrə diqqət yetirməyiniz tövsiyə olunur.

Almaniyada oxumaq üçün nə lazımdır

Əgər Almaniyada oxumağı düşünürsünüzsə, bunları nəzərə almağınız vacibdir:

  • İş təcrübəsi – bu, ən vacib şərtlərdən biridir. Bir çox məktəblərdə minimum olaraq 2-3 illik iş təcrübəsi tələb olunur.
  • Diplom – bakalavr dərəcəsi, bəzi hallarda magistr dərəcəsi tələb oluna bilər. Almaniyada da digər Avropa ölkələrində olduğu kimi, “pre-master’s” hazırlıq kursları da təklif olunur.
  • General Management Admission Test (GMAT)
  • İngilis dili biliyinizi təsdiq edən sertifikat (çox vaxt TOEFL) – tədris dili kimi alman dilini seçdiyiniz halda isə DaF və ya PWD
  • Müsahibə
  • Tövsiyələr

Almaniyanın biznes-məktəblərində qiymətlər €15 000 – €25 000 arasında dəyişə bilər. Bu, ABŞ və Böyük Britaniya ilə müqayisədə daha münasib qiymət hesab olunur.

Son xəbərlər
Digər xəbərlər