28 C
Baku
Friday, June 27, 2025

Almaniyada minimum əməkhaqqı artırılır

Almaniyada minimum əməkhaqqı 2027-ci ilə qədər mərhələli şəkildə artırılacaq.

Minimum Əməkhaqqı Komissiyasının açıqladığı məlumata əsasən, minimum əməkhaqqının 2026-cı ilin əvvəlindən saatda 13,90 avroya, 2027-ci il yanvarın 1-dən isə 14,6 avroya çatdırılması nəzərdə tutulur. Bunun üçün qərar Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən hüquqi qüvvəyə minməlidir.

Hazırda minimum əmək haqqı saatda 12,82 avrodur. Minimum Əməkhaqqı Komissiyası hər iki ildən bir bu məbləğin yenilənməsi barədə qərar qəbul edir. Komissiyada həmkarlar ittifaqları və işəgötürənlərin yüksək səviyyəli nümayəndələri birlikdə danışıqlar aparırlar. Qəbul olunan qərar federal hökumətin xüsusi qərarı ilə qüvvəyə minir.

Bu qərar ictimaiyyətin, xüsusilə Sosial Demokrat Partiyasının (SPD) seçki kampaniyası zamanı irəli sürdüyü 15 avroluq minimum əmək haqqı tələbi fonunda aparılan gərgin danışıqlar nəticəsində əldə olunub. Almaniyada minimum əməkhaqqı ilk dəfə Angela Merkelin kanslerliyi dövründə – 2015-ci ildə tətbiq edilib. 2022-ci ilin oktyabrında isə ölkədə bu göstərici istisna hal kimi komissiya tərəfindən deyil, federal qanunverici orqan tərəfindən artırılaraq 12 avro müəyyən olunub. Həmin qərar o dövrdə SPD-nin kanslerliyə namizədi Olaf Şoltsun seçki vədlərinin əsas hissəsini təşkil edirdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər