13 C
Baku
Saturday, November 23, 2024

Almaniyada müflisləşən şirkətlərin sayı sürətlə artır

Almaniyada müflisləşən şirkətlərin sayı sürətlə artır.

İyulda məhkəmələrə əvvəlki illə müqayisədə 13,5 faiz daha çox şirkət müraciət edib. Şirkətlərin müflisləşməsi prosesi ən çox sənaye sektoruna təsir edib.

Almaniya Federal Statistika İdarəsinin (“Destatis”) məlumatına görə, 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər olan dövrdə olduğu kimi, artım tempi yenidən ikirəqəmli diapazondadır.

“Destatis”in məlumatında bildirilir ki, may ayında rayon məhkəmələri yekun nəticələrə əsasən 1934 korporativ müflisləşmə ərizəsi qəbul edib. Bu, 2023-cü ilin may ayı ilə müqayisədə 30,9 faiz çoxdur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər