Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel və ölkənin federal torpaqlarının rəhbərləri COVID-19-la bağlı vəziyyətin müəyyən göstəricilərə çatacağı təqdirdə regionlarda sanitar tələblərin sərtləşdirilməsinin vahid prinsipləri barədə razılığa gəliblər.
Söhbət klinikaların iş yükünün göstəricilərindən gedir.
Klinikalar 3-cü səviyyəyə qədər koronavirus infeksiyasına yoluxan xəstələrlə yüklənərsə, tədbirlər gücləndiriləcək, ərzaq mağazalarından başqa bütün mağazalara yalnız peyvənd olunmuş və ya artıq koronavirusa yoluxub sağalan şəxslər baş çəkə biləcək.
Regionlarda yolxuma sayı daha yüksələrsə yerli sakinlərdən peyvənd sertifikatı və ya mənfi test nəticəsi tələb ediləcək.
Klinikalarda xəstələrin say göstəricisi 9-cu səviyyəyə qalxsa, regional hakimiyyət orqanları pandemiyanın qarşısını almaq üçün əlavə tədbirlər görə biləcəklər.
“Hazırda vəziyyət çox dramatikdir. Biz tez və təxirəsalınmaz işlər görməliyik”,- Merkel bildirib.