10 C
Baku
Wednesday, December 11, 2024

Almaniyada qiymət artımı ilə bağlı etirazlar başlayıb

Almaniyanın bir çox böyük şəhərində qiymət artımına etiraz olaraq axşam saatlarında yürüş-mitinqlər keçirilir.

Ötən gün ölkənin şərqindəki şəhərlərdə başlayan aksiyalarda etirazçılar hökumətin istefasını, qiymət artımının qarşısının alınmasını, Rusiya-Ukraya müharibəsində Almaniyanın neytral mövqe tutmasını tələb ediblər.

Yürüş-mitinqləri icazəsiz keçirildiyi üçün polis iştirakçıların şəhərlərin mərkəzinə doğru irəliləməsinə icazə verməyib.

Etirazçılar ara küçələrə dağılaraq, eyvanlarda onları izləyən sakinləri yürüş-mitinqinə qoşulmağa səsləyiblər.

Xatırladaq ki, ötən gün Almaniyanın paytaxtı Berlində, parlament binasının qarşısındakı parkda “Öncə ölkəmiz” adlı etiraz mitinqi keçirilib. 3 mindən çox insanın iştirak etdiyi mitinqdə Avropa İttifaqının, eyni zamanda birliyə daxil olan Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların dayandırılması tələb olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər