Almaniyada seçkilərin ilkin nəticələri açıqlanıb.
Banker.az xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyası 25.7% səslə 299 seçki dairəsi üzrə qalib gəlib.
Kansler Anqela Merkelin Xristian Demokrat və Xristian Sosial Birliklər blokunu seçicilərin 24.1%-i dəstəkləyib.
Ümumilikdə, səslər aşağıdakı kimi paylanıb:
– Almaniya Sosial Demokrat Partiyası – 206 (25.7%)
– Xristian Demokrat və Xristian Sosial Birliklər bloku – 196 (24.1%)
– “Yaşıllar” – 118 (14.8%)
– “Azad demokratik partiya” – 92 (11.5%)
– “Almaniya üçün alternativ” – 83 (10.3%)
– “Sol partiya” – 39 (4.9%).
Xatırladaq ki, Almaniyada parlament seçkiləri dünən, sentyabrın 26-da keçirilib. Anqela Merkel seçkilərdə iştirak etməyib. Bildirilir ki, Sosial Demokrat Partiyasından kansler vəzifəsinə əsas namizəd Olaf Şolçdur, Xristian Demokrat və Xristian Sosial Birliklər blokundan isə – Armin Laşet.