8 C
Baku
Monday, November 18, 2024

Almaniyada təbii qazın ən iri tədarükçüsü milliləşdirilə bilər

Almaniyada təbii qazın bu ölkədə ən iri tədarükçüsü olan “Uniper” şirkətinin milliləşdirilməsinin mümkünlüyü məsələsi ciddi nəzərdən keçirilir.

Bu şirkət xeyli vaxtdır ciddi çətinliklərlə üzləşir və indi həmin çətinliklərin aradan qaldırılması üçün çox böyük məbləğdə sərmayə qoyulması tələb olunur. İqtisadiyyat naziri Robert Habekin sözlərindən belə çıxır ki, dövlət hələ bu addımı atmağa hazır deyil. Nazir bu gün bəyan edib ki, iri qaz şirkətlərinin dəstəklənməsi çətin ki, mümkün olacaq.

Bunun əvəzində ölkənin federal hökuməti və şirkətin rəhbərliyi nizamnamə kapitalının birbaşa artırılması variantını nəzərdən keçirir. Bu isə əslində firmanın xeyli hissəsinin dövlət mülkiyyətinə keçməsi deməkdir. Söhbət 1 milyard avrodan gedir.

“Uniper”in çətinlikləri “Şimal axını-1” qaz kəməri bağlanandan sonra üzə çıxıb. Sibirdən ucuz qaz almaq artıq mümkün deyil, lakin alıcılar qarşısında öhdəliklər (xüsusən uzunmüddətli kontraktlar) qüvvədə qalır. Şirkət çatışmayan qazı dünya bazarında baha qiymətə almağa məcburdur. Buna görə yaranmış problemlər şirkəti müflisləşmə vəziyyətinə yaxınlaşdırır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər