Almaniyada topdansatış qiymətləri iyun ayında keçən ilin eyni ayına nisbətən 10,7% artıb.
Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu, təxminən 40 ildə (1981-ci ilin oktyabrından bəri) qeydə alınan ən yüksək artım tempidir. Bahalaşma həmçinin aşağı müqayisə bazası ilə əlaqədardır. May ayında artım tempi 9,7%-ə bərabər olub.
Cari ilin iyununda neft məhsullarının (+45,8%), həmçinin filiz və metalların (+ 54.2%) maya dəyəri xeyli artıb. Bundan əlavə taxta və taxtadan hazırlanmış məhsullar (+48,4%), taxıl, toxum və heyvan yeminin (+26,9%) qiymətləri də artıb.
İyun ayında Almaniyada topdansatış qiymətləri əvvəlki aya nisbətən 1,5% artıb. Artım tempi ötən il may ayına nisbətən 1,7% yavaşlayıb.