“Almaniya bioloji tullantıların istifadəsi hesabına Rusiya qazının istehlakını azalda bilər”.
Bu barədə Baden-Vürtemberq federal əyalətinin ətraf mühit nazirinin müavini Andre Baumann bildirib.
Onun sözlərinə görə, məsələn, bananın qabığından qaz əldə etmək olar.
“Banan qabığından təbii qaz istehsal olunur, sonra isə [Rusiya Prezidenti Vladimir] Putindən daha az qaz ehtiyacımız yaranır <…>. Qalıq tullantılar üçün olan çənlərdə xəzinə basdırılıb. Bu, bizim qızıl qalıq tullantılarımızdır”, – deyə Baumann qeyd edib.
Siyasətçinin fikrincə, orqanik tullantılardan yaradılan qaz artıq 200 000-dən çox almaniyalını elektrik enerjisi ilə təmin edir və təkrar emala diqqət yetirilərsə, gələcəkdə bu rəqəm iki dəfə artırıla bilər.