5 C
Baku
Saturday, December 14, 2024

Almaniyada “yanacaq inflyasiyası” son 50 ilin ən yüksək səviyyəsinə çatıb

Almaniyada motor yanacağının qiyməti son 50 ildə ən yüksək illik artım göstərir.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat verib. “Destatis” 1973-1974-cü illərdə neftin qiymətinin kəskin artması nəticəsində Qərbdə baş verən yanacaq böhranından sonra Almaniyanın “yanacaqdoldurma məntəqələrinin qiymətləri”nin dinamikasını təhlil edib.

“COVID-19 böhranı kontekstində enerji qiymətlərinin dinamikası Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində daha qabarıq şəkildə özünü büruzə verdi. Enerji qiymətlərinin hazırkı artımını əvvəlki böhranlar zamanı qiymət dinamikası ilə müəyyən qədər müqayisə etmək olar. Bununla belə, Destatis təhlili müəyyən fərqləri göstərir”, – mesajda bildirilir.

Beləliklə, “Destatis”in məlumatına görə, ilin mart ayında premium benzin 41.9%, dizel yanacağı 62.6%, mazut isə təxminən 2.5 dəfə bahalaşıb. İl ərzində avtomobil yanacağının qiyməti orta hesabla 47.4% artıb.

Son xəbərlər
Digər xəbərlər