Almaniyada əcnəbi tələbələrin sayına görə rekord qeydə alınmışdır. Bununla belə, bu tələbələrin demək olar ki, yarı faizi universiteti bitirdikdən sonra əvvəllər olduğundan daha artıq faizlə burada qalmağa üstünlük verirlər.
Təhsil Nazirliyinin və Almaniyanın tələbə mübadiləsi üzrə elmi xidmətinin (DAAD) apardığı araşdırmaya görə, yalnız ABŞ və Böyük Britaniya əcnəbi tələbə sayına görə Almaniya ilə rəqabət apara bilər.
2013-2014-cü illərin qış semestrində alman univrsitetlərində əcnəbi tələbələrin sayı 300 000-dən çox idi. Bu 2013-cü ildəki 282 000, 10 il əvvəlki 246 000 göstəricisindən əhəmiyyətli dərəcədə çoxdur.
2013-cü ildə Almaniyada təhsil alan tələbələrin 30%-i Asiyadan, 55%-i isə Avropadan gəlmiş tələbələr idi. Verilən hesabata əsasən, əcnəbi tələbələrin 2011-ci ildə Almaniyada xərclədikləri məbləğ 1,5 milyard avro, ödədikləri vergi isə 400 milyon avro təşkil edir.