11 C
Baku
Monday, November 25, 2024

Almaniyalı deputat: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində əsas problem Ermənistanın bu bölgəyə dair beynəlxalq hüququn qüvvəsini tanımamasıdır.

“Deutsche Welle” xəbər verir ki, bu barədə Bundestaqın Almaniya–Cənubi Qafqaz parlament qrupunun sədri Barbara Hendriks bildirib.

“Bu məsələdə beynəlxalq hüququn Azərbaycan tərəfində olduğu göz qabağındadır”, – deyən deputat Ermənistan hökumətini də ermənilər üçün nə qədər çətin olsa da, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa çağırıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər