6 C
Baku
Sunday, December 15, 2024

Almaniyalı diplomatların bir hissəsi Rusiyanı tərk edib

Almaniya səfirliyinin əməkdaşlarının bir hissəsi bu gün Rusiyanı tərk edib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Almaniya Xarici İşlər Nazirliyi onların dəqiq sayını açıqlamayıb.

“Son həftələrdə Almaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarının Almaniyada mövcudluğunu azaltmaq üçün Rusiya tərəfi ilə əlaqə saxlayıb. Nəticədə Rusiya nümayəndəliklərinin bəzi əməkdaşları Almaniyanı tərk ediblər. Onların fəaliyyəti diplomatik statuslarına uyğun gəlmirdi”, – Almaniya tərəfinin mətbuat xidməti bildirib.

“Rusiya hökuməti öz növbəsində Almaniya səfirliyinin eyni sayda əməkdaşından ölkəni tərk etməyi xahiş edib. Onlar bu gün Rusiyadan gediblər”, – Rusiya XİN qeyd edib.

Son xəbərlər
Digər xəbərlər