Almaniyalı gənc avtomobil almaq üçün printerdə 15 min avro çap edib

0

Almaniyada 20 yaşlı qadın almaq istədiyi avtomobilin qarşılığında evindəki printerdə çap etdirdiyi 15 min avronu verməyə cəhd edərkən polis tərəfindən saxlanılıb.

“Deutche Welle”yə istinadən, Pirmazens şəhərinin sakini adi ofis vərəqələrində 50 və 100 avrolıq əsginaslar çap etdirib və sonra onlarla avtosalona gedib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qadın avtosalonda saxta pullarla ödəniş etmək istəyərkən polis tərəfindən saxlanılıb. Polisləri daha çox saxta pulların keyfiyyəti təəccübləndirib, belə ki, onlar əsl əsginaslara heç bənzəməyib.

Qadına qarşı cinayət işi başladılıb.

Report