16 C
Baku
Thursday, March 28, 2024

Almaniyanın ən böyük avtomobil istehsalçıları kartel sövdələşməsinə görə €100 mln. cərimələnib

Almaniyanın səlahiyyətliləri kartel sövdələşməsinə görə “BMW”, “Daimler” və “Volskwagen” avtomobil istehsalçılarına qarşı 100 milyon avro cərimə cəzasını tətbiq ediblər.

Qeyd edildiyi kimi, 2004-2013-cü illər arasında “BMW”, “Daimler” və “Volskwagen” şirkətləri ildə iki dəfə polad şirkətlərinin nümayəndələri, eləcə də polad məhsullarının digər tədarükçüləri ilə görüşərək, “güzəştlər haqqında müzakirələr aparıblar”.

Şirkətlər kartel sövdələşməsini qəbul edərək, 100 milyon avroluq cəriməni ödəməyə hazır olduqlarını bildiriblər.

Açıqlamada bildirilir ki, bu inhisarçılıq təcrübəsinin araşdırılması çərçivəsində avtomobil komponentləri tədarük edən Almaniyanın digər şirkətlərinə qarşı istintaq tədbirləri həyata keçirilməyə başlamışdır. Lakin avtomobil istehsalçıları cəriməni ödədikdən sonra bu proses dayandırıldı. 

Son xəbərlər
Digər xəbərlər