Almaniyanın ən böyük bankı “Deutsche Bank”, “JPMorgan” ın banklararası blokçeyn şəbəkəsinə (Interbank Information Network) qoşulub.
Banker.az xəbər verir ki, bu haqda Financial Times məlumat verir.
IIN “JPMorgan” investisiya bankı tərəfindən hazırlanmış və Quorum blokçeyni vasitəsilə beynəlxalq ödənişlər haqqında banklararası mesajlaşma üçün nəzərdə tutulub.
“Deutsche Bank” hesab edir ki, IIN kompleks ödənişlər üçün xərclərin azaldılmasına və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcəkdir.
Daha əvvəl “Interbank Information Network” blokçeyn şəbəkəsindən yalnız kiçik banklar və “JPMorgan” ın müştəriləri istifadə edib.
Yeni layihə 2017-ci ildə Avstraliyanın ANZ və “Royal Bank of Canada” banklarının əməkdaşlığı ilə işə salınıb. Bu sistemdən hal-hazırda 220 bank istifadə edir.