8 C
Baku
Thursday, December 12, 2024

Almaniyanın ən böyük polad istehsalçısı hasilatı azaldacaq

Almaniyanın ən böyük polad istehsalçısı olan “ThyssenKrupp Steel” Duisburq şəhərində istehsal gücünü, eləcə də iş yerlərini azaldacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

İstehsal gücünün ildə 9-9,5 milyon tona qədər azalacağı bildirilir. Hazırda zavodun gücü təxminən 11,5 milyon ton üçün nəzərdə tutulub.

Qeyd edilir ki, azalma ortaq sahib olmaq planları olan Çexiyanın EPH enerji holdinqi ilə danışıqlara mane ola bilər.

Son xəbərlər
Digər xəbərlər