Almaniyanın aviaşirkəti 2018-ci ildə Avropanın ən böyük hava daşıyıcısı oldu

0

Almaniyanın Deutsche Lufthansa AG şirkəti, 2018-ci ildə sərnişin dövriyyəsi sahəsində bütün Avropa daşıyıcıları arasında ilk sırada yer alıb.

“142 milyon sərnişin (2018-ci ilə görə) ilə, Lufthansa Group Avropada bir nömrə oldu”, – deyə şirkət bildirmişdir. Bu artım Sürix, Münhen və Vyana aviahabları sayəsində olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bazar lideri 2004-cü ildən etibarən ilk dəfə olaraq dəyişib. Əvvəllər ilk sıranı həmişə fransız-holland Air France-KLM aviaholdinqi tuturdu.

Eyni zamanda, agentliyin rəhbərliyi dəqiqləşdirir ki, liderlik yalnız sərnişin dövriyyəsi çərçivəsində dəyişmişdir (revenue passenger kilometers, RPK).

2018-ci ildə Lufthansa şirkətinin verdiyi məlumata görə, bu göstərici rəqiblərlə müqayisədə daha tez artaraq (9%) 284.561 milyard sərnişin kilometrinə qədər (PKM) yüksəlmişdir. Air France-KLM üçün bu göstərici 2,8% artmaqla 255,405 milyard pkm-a çatıb. British Airways üçün isə RPK ötən il  7,1% artaraq 270,657 milyarda çatmışdır.

Lufthansa Qroup – Avropanın ən böyük hava daşıyıcılarından biridir. Şirkətin baş qərargah Kölndə yerləşir, işçi heyətini isə 135.033 min insan təşkil edir.