Almaniyanın Bavariya şəhərinin 9 rayonunda “Pfizer/BioNTech” şirkətinin koronavirusa qarşı peyvəndləri ilə bağlı əhali arasında narazılıqlar yaranıb.
Yerli DPA agentliyi xəbər verir ki, narazılıqlar peyvəndin daşınması üçün texniki tələblərə uyğun çatışmazlıqlar səbəbindən baş verib.
Bu səbəbdən səlahiyyətlilər bazar günü nəzərdə tutulmuş peyvəndləməni təxirə salmaq məcburiyyətində qalıb.
Bildirilib ki, peyvəndlərin istehsal məntəqələrindən müvafiq yerlərə çatdırılması 70 dərəcə Selsidə quru buz dolablarında 5-15 gün ərzində çatdırılması təmin edilməlidir.
Lakin peyvəndin daşındığı qutularda temperatur xüsusi protokolun tələblərinə uyğun olmayıb. Buna görə həmin bölgənin sakinləri peyvənd olunmaqdan imtina ediblər.