Federal kansler Angela Merkel uzun illər ərzində Yan Hekker ilə birgə çalışmaqdan məmnun olduğunu bildirib. O, peşəkar diplomatın vəfatından dərindən sarsıldığını qeyd edib, ailəsinə və onu sevənlərə başsağlığı verib.
Almaniya Federativ Respublikasının Çindəki yeni səfiri qəflətən vəfat edib. 54 yaşlı Yan Hekker cəmi bir neçə həftə əvvəl ölkəsinin Çindəki yeni səfiri təyin olunub.
Səfirin ölümünün səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, Almaniyanın federal kansleri Angela Merkel uzun illər ərzində Yan Hekker ilə birgə çalışmaqdan məmnun olduğunu bildirib. O, peşəkar diplomatın vəfatından dərindən sarsıldığını qeyd edib, ailəsinə və onu sevənlərə başsağlığı verib.







