9 C
Baku
Monday, November 18, 2024

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq.

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner tviterdə yazıb.

Nazir qeyd ki, bu məbləğin təxminən 400 milyon avrosu Ukrayna üçün silah alan Avropa Sülh Fondu üçün nəzərdə tutulub. Digər xərclərin bir hissəsi Kiyevə və digər ölkələrə ikitərəfli təchizatlara yönəldiləcək.

Bu barədə daha əvvəl Almaniya hökumətindəki mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Almaniya kansleri Olaf Şolts Kiyevə kömək məqsədilə yeni hərbi texnikaya əlavə 2 milyard avro xərcləmək niyyətindədir.

Almaniyanın xarici işlər naziri Annalena Burbok da Kiyevin ağır silahlara ehtiyacı olduğunu vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər