6 C
Baku
Sunday, December 15, 2024

Almaniyanın iki nəhəng bankı birləşmək üçün danışıqlar aparır – Özləri təsdiqlədilər

Almaniyanın ən böyük bankı olan “Deutsche Bank”, ölkənin digər böyük bir bankı olan “Commerzbank” ilə mümkün birləşmə üzrə danışıqlar aparıldığını bəyan edib. Banker.az bu barədə xarici KİV-ə istinadla xbər verir.

Daha əvvəl, Welt qəzetinin də daxil olduğu media hesabatları, “Deutsche Bank” və “Commerzbank” arasında birləşmə ilə bağlı danışıqlar barədə yazıblar ki, iki bankın heyəti mümkün birləşmə məsələsini müzakirə etmişlər.

“Deutsche Bank” ın bəyanatında qeyd edildiyi kimi, “müqavilənin gələcəyinə zəmanət yoxdur”.

“Deutsche Bank” – aktivlər baxımından Almaniyanın ən böyük bankıdır, 1870-ci ildə təsis edilib.

“Commerzbank AG” (daha əvvəl Commerz und Disconto Bank), 1870-ci ildə Almaniyanın Hamburg şəhərində bir neçə kiçik özəl bankçılıq şirkətinin birləşməsi yolu ilə yaradılıb. 1905-ci ildə Commerz und Disconto Bank və Berliner Bank birləşəndən sonra, bankın qərargahı Berlinə köçürülmüşdü. Hal-hazırda, Commerzbank AG Almaniyanın Frankfurt şəhərində yerləşir.

Son xəbərlər
Digər xəbərlər