25 C
Baku
Saturday, April 27, 2024

Almaniyanın iqtisadi uğurunun 13 təməl prinsipi

Avropa böhranı Almaniyanı liderlik zirvəsinə çıxardı, ona böyük ümidlər bəslənilir. Lakin hazırkı rifah onilliklər ərzində qurulmuş dayanıqlı bünövrəyə əsaslanır. Almaniya iqtisadiyyatının tarixi, sərvəti və potensialını təhlil edərək maliyyə uğurunun 13 əsas təməlini görmək olar. 

1. Dövlətin tarixi parçalanması

19-cu əsrin sonlarına qədər Almaniya kiçik dövlətlərin məcmusundan ibarət idi. Fəaliyyətini genişləndirmək istəyən hər bir biznesmen beynəlxalq səviyyəyə qalxmalı idi. Alman sahibkarlarının inteqrasiyaya meylli olması bununla izah olunur. Onlar öz xarici həmkarlarına nisbətən daha əvvəl və daha kiçik müəssislərlə ixrac etməyə başlayır.

2. Ənənəvi tendensiyalar

Bir neçə yüzillik ərzində bir çox alman regionlarında hazırkı ənənələrə çevrilmiş bir çox tendensiyalar inkişaf edirdi. Məsələn, Şvarsvaldda hələ qədim zamanlardan saatlar istehsal olunurdu, bu da yüksək diqqətli mexaniki bilik, bacarıq və vərdişlər tələb edirdi. Hazırkı dövrdə Şavsvaldın Tullinqen rayonunda bu ənənə üzrə fəaliyyət göstərən 400 müəssisə vardır, hətta onlardan bəziləri həmin saat emalatxanaların birbaşa varisləridir.

Siemens-in keçmiş rəhbəri Edvard Krubasik bunu belə izah edir: “Almaniya hələ orta əsrlərdə yaradılmış texniki bazadan istifadə edir və bu, 20-ci əsrdə də müvəffəqiyyət qazanmağa imkan verir”.

3. Innovasiyanın gücü

Almaniya Fransaya nisbətən adambaşına iki, İtaliyaya nisbətən dörd, Böyük Britaniyaya nisbətən beş dəfə çox patent hüququ alıb, bu göstəriciyə görə o, yalnız İsveçrə və İsveçdən geri qalır. Almaniyada innovativ fəaliyyətin miqyası fenomenal hesab olunur.

4. Güclü istehsal bazası

Almaniya hazırda çoxlarının heyran qaldığı məxsusi istehsal üsulunu saxlaya bilib. Almaniya bu nöqteyi-nəzərdən geri qalmış görünə bilər, lakin elə bu onun ixrac uğurunun əsas səbəbidir.

5. Əməyin ödənilməsi ilə bağlı birbaşa xərclərin azaldılması

Alman ixrac müəssisələri birbaşa xərclərin səmərəli həddə saxlanılması hesabına gəlirlərini artırırlar. Hələ ki, ümumi Avropa mühitində birbaşa xərclərin 22%, Fransada isə26% qalxmasına baxmayaraq, bu göstərici Almaniyada isə 6%-ə bərabərdir.

6. Kəskin rəqabət

Kəskin daxili rəqabət alman müəssisələrinin ixrac və rəqabət gücünün artmasına səbəb oldu.

7. Almaniyada istehsal olunub

«Made in Germany» – yüksək keyfiyyət simvolu alman ixracının uğuruna güclü təsir etdi. Индустриальные кластеры

8. Sənaye klasterləri

Müəyyən bir ərazidə qarşılıqlı əlaqədə olan şirkətlər klasterlər yaradaraq, özlərinin rəqabət üstünlüklərini artırırlar. Onların tərkibinə Zolinhendəki tikiş sənayesi, Şaynfurtda diyircəkli podşipnik, Velvertdə qıfıl və ya Nürnberqdə karandaş istehsal edən müəssisələr kimi ənənəvi klasterlər daxildir.

9. Kommersiya klasterləri

Sənaye klasterləri ilə yanaşı kommersiya klasteri adlandıra biləcəyimiz digər tiplər də var. Bəzən qonşu regionda müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir neçə uğurlu müəssisə mövcud olur, bu isə o deməkdir ki, onlar eyni sahə klasterinə aid deyillər. Mahiyyəti sosial proseslə bağlıdır: cəmiyyət uğurlu qonşularla eyni səviyyəyə qalxmağa stimul verir. Almaniyaya bizim zənn etdiyimizdən daha çox sahibkarlıq ruhu xasdır.

10. Regional səpələnmə

Əksər ölkələrdə ziyalılar bir yerdə, əsasən də paytaxtlarda cəmləşib. Lakin, digərlərindən fərqli olaraq, Almaniya qeyri-mərkəzləşmiş şəkildə strukturlaşıb: hətta şəhər ətrafında beynəlxalq səviyyəli müəssisələrin fəaliyyət göstərdiyinin şahidi ola bilərik. Belə regional səpələnmə böyük üstünlüyə malikdir.

11. İki ixtisas təhsili

Bu alman rəqabət qabiliyyətliliyinin əsas vacib şərtlərindən biridir, ona görə də bütün böyük ölkələr alman ixtisas təhsil sistemini təqlid etməyə çalışırlar.

12. Mərkəzi geostrateji mövqe

Almaniya unikal mərkəzi mövqe tutur. Almanlar Yaponiya və Kaliforniya ilə normal iş vaxtı ərzində rahat şəkildə zəngləşə bilərlər. Hətta Avropada da Almaniya mərkəz mövqe tutur. Münasib coğrafi mövqe hazırkı dövrdə əhəmiyyətli nüansdır.

13. Mental internasionallıq

Fəaliyyətin beynəlxalq səviyyəsi mədəni sərhədlərinin genişlənməsini tələb edir. Almaniya öz məhsullarını digər regionların dil və mədəni xüsusiyyətlərinə adaptasiya edir, baxmayaraq ki, İsveçrə, Hollandiya və ya İsveç kimi bir sıra ölkələr daha da irəli getmişlər.

Bundan əlavə iqtisadi uğurun səbəbləri arasında ciddilik, tutarlılıq və punktuallığı da qeyd etməyə dəyər. Aparılmış təhlil əsasında belə bir qənaətə gəlmək olar ki, alman iqtisadiyyatının uğuru bir-birilə qarşılıqlı əlaqədə olan kompleks tədbirlər sistemidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər