10 C
Baku
Friday, December 13, 2024

Almaniyanın məşhur avtomobil istehsalçısı 10 mindən çox işçisini ixtisar edəcək

Almaniyanın aparıcı avtomobil istehsalçısı “Daimler AG” şirkəti 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır.

Buna səbəb son vaxtlar elektrikli və qənaətcil avtomobillərə tələbatın artması fonunda şirkətin gəlirlərinin azalmasıdır.

“Daimler” xərclərini azaltmaq üçün işçilərinin sayını azaltmaq istəyir. Bu şirkətə təxminən 1,4 milyard avro (1,5 milyard ABŞ dollarından çox) vəsaitə qənaət etməyə imkan verəcək. 2022-ci ilə qədər davam etməli olan ixtisar prosesi işçi heyətinin 10%-ni əhatə edəcək.

Xatırladaq ki, 1926-cı ildə yaradılan “Daimler AG” şirkəti “Mercedes-Benz” avtomobillərin istehsalçısıdır.

©Report

Son xəbərlər
Digər xəbərlər