22 C
Baku
Friday, April 19, 2024

Almaniyanın məşhur avtomobil istehsalçısı 2000 avtomobilini geri çağırır

Almaniyanın məşhur avtomobil istehsalçısı “Volkswagen” Çin bazarında satdığı təxminən iki min “Porsche” avtomobilini geri çağırır.

Noyabrın 8-dən başlanacaq proses zamanı 2015-2016-cı illərdə istehsal olunmuş “Panamera” və “Boxster” modelləri daxil olmaqla 2 min 83 ədəd avtomobil potensial təhlükəsizlik problemləri ilə əlaqədar geri çağırılacaq.

Mütəxəssislər hesab edir ki, həmin avtomobillərdəki elektron idarəetmə bloklarının nasazlığı hava yastıqlarının və təhlükəsizlik kəmərlərinin düzgün işləməməsinə, bu da öz növbəsində sürücünün və sərnişinlərin həyatı üçün ciddi təhlükələrin yaranmasına səbəb ola bilər.

İstehsalçı şirkətin Çindəki nümayəndəliyi avtomobillərdə nasaz detalları yoxlayaraq dəyişəcək.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər