4 C
Baku
Sunday, December 4, 2022

Almaniyanın maliyyə naziri ölkənin enerji müharibəsi vəziyyətində olduğunu deyib

“Almaniya hazırda enerji müharibəsi vəziyyətindədir”.

Bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Biz buna dözə bilmərik və müqavimət göstərəcəyik”, – nazir deyib.

Eyni zamanda, o, bərpa olunan enerji mənbələrinin işə salınmasının vaxtının yetişdiyini vurğulayıb.

“Bazarda qiymətləri aşağı salmaq üçün hazırda 90 % dolu olan qaz anbarlarının bir hissəsi yenidən boşaldılmalıdır”, – Lindner əlavə edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti istehlakçılar üçün qazın qiymətinin saxlanılması mexanizmini razılaşdırmışdı. Bu tədbirlər üçün 200 milyard avroya qədər kredit ayrılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X