17 C
Baku
Wednesday, October 29, 2025

Almaniyanın maliyyə təşkilatı “Bank Respublika”da payını 16,6%-dək artırıb

Almaniyanın DEG qrupu 2018-ci ildə «Bank Respublika»nın kapitalında payını 2017-ci ilin sonuna olan 10,86%-dən 16,6%-dək artırıb.

“Bank Respublika”nın 2018-ci il üçün auditi aparılmış maliyyə hesabatına əsasən, hesabat ilində bankın nizamnamə kapitalı 27,8% – 73,461 mln. manatadək artıb.

Bankın ən iri səhmdarı 43,96% payla (2017-ci ilin sonuna 45,67%) Natiq Quliyev olaraq qalır.

2018-ci ildə Şakir Rəhimov 5,45% payla “Bank Respublika”nın səhmdarı olub.

Ötən il digər səhmdarlar kapitalda paylarını azaldıblar: Elçin Quliyev – 7,74%-dək (2017-ci ilin sonuna – 9,89%), Sevda Quliyeva – 7,41% (9,47%), Saday Quilyev – 7,32% (9,36%), Mariya Quliyeva – 7,17% (9,17%), SIDT (“Sparkassen-Finanzgruppe” maliyyə qrupuna daxildir) – 4,25% (5,43%), qalan səhmdarlar – 0,1% (0,15%).

“Bank Respublika” 1992-ci il fevralın 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər