Almaniyanın “Deutche Bahh” dəmir yolu operatorunun nəqliyyat-logistika strukturu olan “DB Schenker” şirkəti Azərbaycanda bölmə açmağı planlaşdırır. Bu barədə chinalogist.ru nəşri məlumat verir.
“Əsas ticarət yollarının kəsişməsində yerləşən Qafqaz və Mərkəzi Asiya tegionları Asiya ilə Avropa arasında iqtisadi körpü yaradır. Avropda “DB Schenker” bu potensialdan istifadə edəcək. Şirkət Qafqazda və Mərkəzi Asiyada milli ölkə təşkilatları şəbəkəsi yaradır”, – nəşrdə “DB Schenker”in Avropadakı baş direktoru Helmut Şvayqxoferin sözlərindən sitat gətirilir.
2019-cu ilin iyul ayında şirkət “DB Schenker”in Qazaxıstanda bölməsini yaradıb. Bölmə 2020-ci ilin 1 yanvar tarixindən tam gücü ilə fəaliyyət göstərəcək.
“Qazaxıstandan sonra Azərbaycan gəlir. Burada lokal agent artıq əldə olunub və yaxın iki ay ərzində “DB Schenker” şəbəkəsinə inteqrasiya olunacaq. 2020-ci ildə şirkət həmçinin Gürcüstanda bölmə yaratmağı planlaşdırır. Həm də Azərbaycan, Gürcüstan, Ermənistan Cənubi-Şərqi Avropa klasterinə daxil olacaq. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda bölmələr artıq Rusiyada mövcud bölmələrlə birlikdə Rusiya-Avrasiya klasterinə daxil olacaq”, – nəşr qeyd edir.
©İnterfaks-Azərbaycan