12 C
Baku
Friday, March 29, 2024

Almaniyanın N26 onlayn bankının qiymətləndirilməsi altı aya $3,5 mlrd. qədər artıb

Startap “Revolut”, “Monzo” və digər maliyyə təşkilatları ilə rəqabət aparır. 

Almaniyanın N26 onlayn bankı səhmdarlardan 170 milyon dollar cəlb edib. 

Texniki cəhətdən startap yeni raund çərçivəsində cəlb edib, lakin şirkət investisiyaları D raundunun uzadılması kimi qiymətləndirir. 2019-cu ilin yanvar ayında N26 300 milyon dollar cəlb edib. Sərmayəçilərə “Insight Venture Partners”, Sinqapurun GIC Milli Rifah Fondu, “Valar Ventures” və s. daxildir. 

İnvestisiyaların cəlb olunmasından sonra startapın qiymətləndirilməsi 3,5 milyard dollara qədər artıb. Bu, cari ilin əvvəli ilə müqayisədə 30% çoxdur. N26 dünyanın ən yüksək qiymətləndirilmiş maliyyə-texniki startaplarından biridir. 

N26 – maliyyə texniki xidmətdir, müştərilərinə bank hesabatını açmaqda və ya debet kartını almaqda kömək edir. Təkcə Avropada N26 şirkətinin təxminən 3,5 milyon müştərisi var. 

Number26 şirkəti 2013-cü ilin fevralında, Valentin Stalf və Maximilian Tayental tərəfindən təsis edilib. 2016-cı ilə qədər startap lisenziyasız, yalnız Almaniya və Avstriya ərazisində fəaliyyət göstərib. 2016-cı ildə şirkət N26 adını və bank lisenziyasını aldı. 2019-cu ilin iyulunda startap ABŞ-dakı tərəfdaşı olan “Axos Bank” 

Son xəbərlər
Digər xəbərlər