3 C
Baku
Thursday, February 13, 2025

Almaniyanın “Penta” fintex startapı 22,5 milyon avro cəlb edib

2020-ci ilin iyul ayında Almaniyanın “Penta” fintex startapı S7 Group (S7V), Presight Capital və başqalarından 22,5 milyon avro (25,4 milyon dollar) maliyyə cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, mart ayında şirkət RTP Global, ABN Amro Ventures, VR-Venture və başqalarından 18,5 milyon avro cəlb etmişdir.

download 4

Startap bu vəsaiti Almaniyada inkişafına, o cümlədən kiçik və orta biznes üçün yeni alətlərin yaradılmasına xərcləməyi planlaşdırır.

“Penta” fintex startapı 2016-cı ildə Almaniyada işə salınıb. Penta adlı rəqəmsal platformanın köməyi ilə sahibkarlar beynəlxalq bank hesabı aça, debet kartı ala və digər xidmətlərdən faydalana bilərlər. Bundan əlavə, şirkət maliyyə göstəricilərinin analizi üçün lazım olan alətlər təklif edir.

“Penta”nın Berlin, Milan və Belqradda ofisləri var. Hazırda 20 mindən çox şirkət onun xidmətlərindən istifadə edir.

2018-ci ildə S7 Group investisiya və startapları idarə etmək üçün 50 milyon dollarlıq vençur fondunu yaradacağını açıqlamışdır. Həmin ildə qrup səyahət edənlər üçün nəzərdə tutulmuş GetTransfer onlayn platformasına 10 milyon dollar sərmayə qoyub. Hazırda onun portfelinə Bnext onlayn bankı, Addi xidməti və daha on startap daxildir.

Son xəbərlər
Digər xəbərlər