Almaniyanın aparıcı polad istehsalçısı “Thyssenkrupp” şirkəti xərclərini azaltmaq üçün yaxın 3 ildə daha 5 min işçisini ixtisar edəcək.
Bu barədə “Reuters” agentliyi xəbər verir.
Məlumatda bildirilir ki, şirkət koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən ilin oktyabr ayından bu ilin oktyabr ayına qədər davam etmiş 2020-ci maliyyə ilini 1,6 milyard avro əməliyyat zərəri ilə başa vurub. Bu isə beynəlxalq fond bazarlarından onun səhmlərinin təxminən 60 % ucuzlaşması ilə nəticələnib.
Xatırladaq ki, ötən il “Thyssenkrupp” 6 min işçilərini ixtisar edəcəyini bəyan edib və artıq 3,6 min nəfəri işdən çıxarıb.